3 C
Baku
Sunday, February 25, 2024

Azərbaycanla Qazaxıstan arasında logistika sahəsində tərəfdaşlıq sazişi imzalanıb

Bakıda Qazaxıstan-Azərbaycan işgüzar şurasının birinci iclası çərçivəsində “ADY Container” MMC ilə “KTZ Express Hong Kong” MMC arasında tərəfdaşlıq sazişi imzalanıb.

Saziş multimodal yük daşımaları və transkontinental konteyner daşımaları sahəsində əməkdaşlığın dərinləşdirilməsini, o cümlədən, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, Çin-Azərbaycan-Çin, Mərkəzi Asiya-Azərbaycan-Mərkəzi Asiya marşrutları kimi istiqamətlərdə birgə fəaliyyətin reallaşdırılması məsələlərini əhatə edir.

Tərəflər, həmçinin hər iki istiqamətdə konteyner marşrutlarının yaradılması və qeyd olunan istiqamətlər üzrə yüklərin cəlb edilməsi ilə bağlı razılıq əldə ediblər.

Son xəbərlər
Digər xəbərlər