4 C
Baku
Sunday, February 25, 2024

Azərbaycanla Qazaxıstan arasında sənədlər imzalanıb

İyunun 22-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Bakıda rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Baş naziri Alixan Smailov ilə görüşüb.

Nazirlər Kabinetindən verilən xəbərə görə, hökumət başçıları əvvəlcə təkbətək görüş keçirərək ikitərəfli gündəliyin aktual məsələlərinə toxundular.

Sonra Baş nazirlər Ə.Əsədov və A.Smailov iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə görüşü davam etdirdilər.

Danışıqların yekunlarına görə Azərbaycan və Qazaxıstan arasında aşağıdakı sənədlər imzalandı:

“AzerTelekom” MMC ilə “Kazakhtelecom” SC arasında Səhmdarlar Müqaviləsi”;

“Azərbaycan Dəmir Yolları” QSC, “Qazaxıstan Dəmir Yolları Milli Şirkəti” SC və “Gürcüstan Dəmir Yolları” SC arasında birgə müəssisənin yaradılması və fəaliyyətinin əsas prinsipləri haqqında Saziş”;

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “KazMunayQaz Milli Şirkət” SC arasında Qazaxıstan neftinin Azərbaycan Respublikasının ərazisindən tranzitinə dair strateji əməkdaşlıq haqqında Memorandum”;

“Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;

“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;

“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında 24 may 2005-ci il tarixli Saziş”in icrası ilə bağlı 2023-2024-cü illər üçün Tədbirlər Planı”;

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında Görüşün Protokolu”;

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında nəqliyyat sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə əməkdaşlıq Memorandumu”;

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında gəmilərin və dəmir yolu lokomotivlərinin təchizatı sahəsində əməkdaşlıq haqqında Memorandum”.

Son xəbərlər
Digər xəbərlər