3 C
Baku
Wednesday, February 28, 2024

Azərbaycanla Rusiya arasında pensiya təminatı ilə bağlı müqavilə təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan ilə Rusiya arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” müqavilənin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” sazişin təsdiq edilməsi barədə” qanunun ləğv edilməsi haqqında qanunları imzalayıb.

Bununla da “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış müqavilə təsdiqlənib.

Bundan başqa, “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2001-ci il 3 aprel tarixli 114-IIQ nömrəli qanunu ləğv edilib.

Son xəbərlər
Digər xəbərlər