23 C
Baku
Friday, April 19, 2024

Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi ötən il 3 mlrd. dolları ötüb

Ötən il ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 3 022 046,0 min ABŞ dolları təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 471 13,93 min dollar və ya 18,5% çoxdur.

Hesabat dövründə ixracın həcmi 66 084,78 min dollar və ya 9,9% artaraq 731 826,2 min dollar, idxalın həcmi isə 405 055,15 min dollar və ya 21,5% artaraq 2 290 219,8 min dollar təşkil edib. Göründüyü kimi, 2019-cu ilin yekunlarına əsasən idxal ixracı 3,1 dəfə üstələyib.

Hesabat dövründə 1 558 393,6 min dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici 2018-ci il ilə müqayisədə 338 970,37 min dollar və ya 27,8% çoxdur.

©APA

Son xəbərlər
Digər xəbərlər