Azərbaycanla Səudiyyə Ərəbistanı arasında Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında Hökumətlərarası Müştərək Komissiyanın iclası keçiriləcək.

Bu barədə Səudiyyə Ərəbistanının investisiya naziri, Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih Azərbaycanın xarici işləri naziri Ceyhun Bayramovla görüşündə deyib.

Onun sözlərinə görə, iclas bu ilin payızında Ər-Riyadda keçiriləcək.

O, Səudiyyə Ərəbistanı şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduğunu bildirib və bu məsələnin Hökumətlərarası Müştərək Komissiyanın cari ilin payız aylarında Ər-Riyadda keçiriləcək növbəti iclasında müzakirə olunacağını qeyd edib.

Xalid bin Əbdüləziz Əl-Falih həmçinin Azərbaycan-Səudiyyə Ərəbistanı Biznes Şurasının yaradılması və birgə biznes forumun təşkilindən bəhs edib.

Qeyd edək ki, Azərbaycanın xarici işləri naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanında rəsmi səfərdədir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.