“Azərbaycanla saziş yeni imkanlar açacaq”

0

“Azərbaycanla Avropa İttifaqı (Aİ) arasındakı saziş bizim üçün yeni imkanlar açacaq”.

Bunu Aİ-nin Avropa Xarici Əlaqələr Xidmətinin Şərq Tərəfdaşlığı və ATƏT Departamentinin rəhbərinin müavini Radoslav Darski deyib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Onun sözlərinə görə, yeni saziş üzrə danışıqlar hələ də fəal şəkildə davam edir: “Ümidvarıq ki, danışıqları başa çatdırıb razılığa gələcəyik, çünki bu, Azərbaycanla münasibətlərdə bizə yeni imkanlar təqdim edəcək. Düşünürəm ki, bu, hamımız – həm Aİ, həm də Azərbaycan üçün faydalı olacaq. Ona görə də bu danışıqları yaxın vaxtlarda başa çatdıracağımıza ümid edə bilərəm”.

©Report