27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanla Tacikistan arasında idxal-ixrac prosesləri sadələşdiriləcək

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Tacikistan Respublikasının kənd təsərrüfatı naziri Sadi Kərimzoda arasında ikitərəfli görüş keçirilib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, görüşdə idxal-ixrac proseslərinin sadələşdirilməsi, operativliyin təmin olunması məqsədilə Tacikistanın idxal tələblərinin Agentliyə təqdim olunması kimi məsələlər önə çəkilib. Həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında imzalanmış Saziş”də nəzərdə tutulan məsələlərin icrasının  daha səmərəli təmin olunması məqsədilə işçi qrupun formalaşdırılmasının zəruriliyi diqqətə çatdırılıb. Görüşdə heyvan xəstəliklərinə qarşı mübarizə, eyni zamanda özəl baytarlıq fəaliyyətinin qurulması ilə bağlı təcrübə mübadiləsinin aparılması mövzusunda fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Digər xəbərlər