16 C
Baku
Wednesday, October 16, 2024

“Azərbaycanla ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq hədəfimiz var”

Bir müddət əvvəl Azərbaycanla ticarət anlaşmasını imzalamışıq.

Bunu Samsunda olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti ilə görüşdə Türkiyənin ticarət naziri və hazırda Samsundan millət vəkilliyinə namizəd Mehmet Muş deyib.

O bildirib ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Samsuna gəlib və burada görüşlər keçiriblər:

“Keçirilən görüşlər zamanı qeyd olundu ki, ötən il Türkiyə-Azərbaycan ticarət həcmi artıb. Müəyyən həcm var, düşünürük ki, bu ildə bu həcmin üstünə çıxacağıq. 15 milyard dollar ticarət həcminə çatmaqla bağlı iki dövlət başçısının qoyduğu bir hədəf var”.

Mehmet Muş qeyd edib ki, gələcəkdə Azərbaycanla bağlı ticarətlə bağlı yeni razılaşmaların, müqavilələrin imzalanması gözlənilir:

“Mikayıl Cabbarovla görüşmələrimiz davam edir. Onun bir təklifi var. Həmin təklifin bizim üçün də, sizin üçün də çox yaxşı olacağını düşünürəm. Bununla da bağlı seçkidən sonra işlər görəcəyik. Əvvəllər Azərbaycan və Türkiyə arasında ticarət işləri ilə bağlı bəzi detallar vardı ki, bu ticarət etməyə əngəl törədir. Mikayıl Cabbarovun da səyləri nəticəsində bu problemlər aradan qaldırılıb. Dediyim ki, Mikayıl Cabbarovun yeni təklifini qiymətləndirmək istəyirik. Seçkidən sonra üzərində çalışacağıq. Burda söhbət beynəlxalq bir layihədən gedir. Düşünürəm ki, bu həm Azərbaycan, həm Türkiyə, həm də Türk dünyası üçün çox əhəmiyyət kəsb edəcək”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər