Azərbaycanla ticarət: Valyutani kim aparır, kim gətirir

Xəbər verdiyimiz kimi, 2018-ci ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 23159,4 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 15254,2 milyon dollar olub və nəticədə 7349,0 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. Bu barədə Dövlət Statistika Komitəsinin göstəriciləri deyir.

Banker.az olaraq sizlərə Azərbaycana daha çox valyutanın hansı ölkədən daxil olduğu və hansı ölkələrə axdığını göstərməli olacayıq.

İlk olaraq ixracdan başlayaq. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın

  • 26,9 faizini İtaliyaya,
  • 8,8 faizini Türkiyəyə,
  • 7,0 faizini İsrailə,
  • 5,2 faizini Hindistana,
  • 4,7 faizini Çexiyaya,
  • 4,4 faizini Almaniyaya,
  • 3,9 faizini Tayvana (Çinin əyaləti),
  • 3,8 faizini İndoneziyaya,
  • 3,6 faizini Kanadaya,
  • 3,3 faizini Portuqaliyaya,
  • 3,1 faizini Rusiyaya,
  • hər biri 2,7 faiz olmaqla Fransa və Gürcüstana,
  • 2,3 faizini İspaniyaya,
  • qalan 17,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin

  • 15,8 faizi Rusiya,
  • 14,2 faizi Türkiyə,
  • 10,3 faizi Çin,
  • 6,1 faizi Almaniya,
  • 4,9 faizi ABŞ,
  • 4,0 faizi Ukrayna,
  • 3,3 faizi Yaponiya,
  • hər biri 3,1 faiz olmaqla İran və İtaliya,
  • 2,6 faizi İsveçrə,
  • 2,3 faizi Birləşmiş Krallıq,
  • 2,1 faizi Cənubi Afrika Respublikası,
  • 28,2 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

Bir faktı qeyd edək ki, Azərbaycan ilə Rusiya arasındakı mənfi ticarət saldosu qalmaqda davm edir. Lakin, Azərbaycana Rusiyadan idxal olunan məhsulların ötən il ilə müqayisədə rəqəmləri (ümümi idxaldakı pay sahibliyi)16,9%-dən bu il 15,8%-ə qədər azalmışdır.

2018-ci ilin yanvar-sentyabr aylarında 1207,4 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilin yanvar-sentyabr aylarına nisbətən faktiki qiymətlərlə 12,9 faiz, real ifadədə isə 3,5 faiz çoxdur.

2018-ci ilin yanvar-sentyabr aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 30,3 faiz, kartof – 15,5 faiz, bitki yağları – 2,1 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 2,1 dəfə, meyvə və tərəvəz konservləri – 10,0 faiz, polietilen – 25,5 faiz, emal olunmamış alüminium – 21,1 faiz, pambıq lifi – 2,3 dəfə, qara metallardan borular – 6,2 faiz, pambıq ipliyi – 26,7 faiz artmış, təzə tərəvəz ixracı isə 6,2 faiz, şəkər – 31,6 faiz, tütün – 21,2 faiz, meyvə və tərəvəz şirələri – 13,9 faiz, çay – 21,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 6,4 faiz, qara metallardan yarımfabrikatlar – 66,5 faiz, bentonit gili – 10,4 faiz azalmışdır.

2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2018-ci ilin yanvar-sentyabr aylarında buğda idxalı 11,3 faiz, bitki yağları – 3,4 faiz, təzə meyvə – 51,2 faiz, quş əti və onun əlavə məhsulları – 24,1 faiz, qara metallardan borular – 2,0 dəfə, minik avtomobilləri – 2,5 dəfə, qara metallardan çubuqlar – 27,2 faiz, mineral gübrələr – 50,0 faiz, mebellər – 23,0 faiz, hesablama maşınları, blok və qurğuları – 11,3 faiz, polietilen – 29,2 faiz, məişət kondisionerləri – 35,3 faiz, yük avtomobilləri – 2,2 dəfə, paltaryuyan maşınlar – 18,0 faiz, sement və sement klinkerləri – 58,6 faiz, məişət soyuducuları – 2,0 dəfə artmış, siqaret idxalı isə 2,2 faiz, xam şəkər və şəkər – 35,3 faiz, kərə yağı, digər süd yağları və pastaları – 19,6 faiz, çay – 2,0 faiz, kartof – 17,3 faiz, mal əti – 20,3 faiz, təzə tərəvəz – 46,6 faiz, polad prokatı – 5,9 faiz, rezin şinlər – 1,3 faiz, qara metallardan künclüklər ­– 0,2 faiz, avtobuslar – 20,3 faiz azalmışdır.