22 C
Baku
Friday, July 1, 2022

Azərbaycanla Türkiyənin Ali Audit Qurumları yeni Anlaşma Memorandumu imzalayıb

Azərbaycanın Hesablama Palatası ilə Türkiyənin Hesabala Məhkəməsi arasında yeni Anlaşma Memorandumu imzalanıb.

Banker.az xəbər verir ki, sənədə Türkiyənin Hesablama Məhkəməsinin Prezidenti Metin Yenerin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində imza atılıb.

Türkiyəli qonaq azərbaycanlı həmkarı Vüqar Gülməmmədovla görüş keçirib. Görüşdə dostluq və əməkdaşlıq əlaqələrinin gələcək perspektivləri müzakirə edilib, iki qurumun əlaqələrinin daha da möhkəmləndirilməsi, eyni zamanda kənar dövlət maliyyə nəzarəti sahəsində potensialın artırılması istiqamətində birgə fəaliyyətlərin daha məhsuldar təşkil edilməsi məqsədi ilə tərəflər arasındakı Anlaşma Memorandumu yenilənərək imzalanıb.

İmzalanma mərasimindən sonra qonaqlar Hesablama Palatasının fəaliyyət ilə tanış olub, tərəflər arasında müzakirələr və təcrübə mübadiləsi aparılıb.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər