28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsi son 2 ildə 10 dəfə artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan və Türkmənistan arasında ticarət dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 88%-dən çox, son 2 ildə isə təxminən 10 dəfə artıb.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir qeyd edib ki, ticarət əlaqələrinin təşviqi müsbət nəticələr verir: “Türkmənistan-Azərbaycan biznes forumunda ölkələrimizin işgüzar dairələrini bu dinamikanın dayanıqlı olmasına töhfə verməyə, qarşılıqlı investisiya layihələrini dəyərləndirməyə və fəal əməkdaşlığa dəvət etdik”.

a2ee2694 b8eb 3d64 be28 0c820d8eb680 7e733755 60d8 3ef9 9161 852aa05c580f 850 6e26b3e7 bb1d 3ccf af47 6ac41a34f1cd

Son xəbərlər
Digər xəbərlər