26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanla Yaponiya arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Yaponiya arasında ikiqat vergitutma aradan qaldırılır.

Bu barədə məsələ Milli Məclisin aprelin 4-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Belə ki, deputatlar “Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini müzakirə edəcəklər.

Müzakirələrdən sonra sənədin səsverməyə qoyularaq təsdiq edilməsi nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər