36 C
Baku
Wednesday, August 17, 2022

Azərbaycanlı bankir BƏƏ-də şirkət rəhbəri oldu

“Amrahbank”ın İdarə Heyəti sədrinin müavini Behnam Qurbanzadə yeni təyinat alıb.

Banker.azın “APA-Economics”ə istinadən verdiyi məlumata görə, B. Qurbanzadə “Amrahbank”dakı vəzifəsində cəmi 1 ay işləyib. Cari ilin oktyabr ayında bu vəzifəyə təyin olunan bankir noyabr ayından etibarən özünə yeni “iş yeri” tapıb. Noyabr ayından B. Qurbanzadə baş ofisi Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən “Begatech” şirkətinin baş direktorudur. Şirkət rəqəmsal tətbiqlər sahəsində ixtisaslaşıb.

Bununla yanaşı, B. Qurbanzadə BƏƏ-də yerləşən “Flexible Business Solutions Company” şirkətinin idarəedici tərəfdaşıdır (managing partner).

Xatırladaq ki, B. Qurbanzadə 2012-ci ilin avqust ayından 2015-ci ilin oktyabr ayınadək Azərbaycan Beynəlxalq Bankının İslam Bankçılığı departamentinin direktoru vəzifəsində çalışıb. Adıçəkilən departament ləğv olunduqdan sonra B. Qurbanzadə tutduğu vəzifədən uzaqlaşdırılıb.

Bundan sonra bankir “Amrahbank”da çalışıb.

Son xəbərlər
Oxşar xəbərlər