12 C
Baku
Cümə, Dekabr 3, 2021

Azərbaycanlı bankirin oğlu pokerdən 1 milyon dollar qazandı

Unibank-ın sədri Eldar Qəribovun oğlu, azərbaycanlı poker oyunçusu İlkin Qəribli dünən bu oyun üzrə keçirilən PokerStars Caribbean Adventure müsabiqəsində qalib olmuşdur. Verilən məlumatlara görə, o final mərhələsində 1,105,040 dollar qazanmışdır.

Finalda İlkin Qəribli digər oyunçu Co Kuter ilə təkbətək qalmışdır. O isə öz növbəsində iki saatlıq oyundan sonra ikinci yerə sahib olmaqla 1,050,000 dollar əldə etmişdir.

Capture

Bu qələbə Qəribli üçün 3 gün ərzində milyondan çox dollar qazanmaq təcrübəsi olmaqla yanaşı, onun həyatında poker turniri çərçivəsində ilk oyunu idi. O bu müsabiqədən öncə yalnız həvəskar olaraq poker oynamışdı və onu müsabiqədə iştirak etməyə dostları razı salmışdı.

Qeyd edək ki, PokerStars Caribbean Adventure turniri 2004-cü ildən başlayaraq hər il Baham adalarında keçirilir və bu növdə ən prestijli müsabiqələrdən biri hesab edilir.

Ilkin Garibli Wins 2015 PokerStars Caribbean Adventure High Roller for $1 Million

Son xəbərlər
Oxşar xəbərlər
X