21 C
Baku
Thursday, August 11, 2022

Azərbaycanlı gənc Business İnsiderdə populyarlaşdı

Bu gün söz açacağımız gənc məşhur Business Insider biznes saytında məşhurlaşan Azərbaycanlı gənc haqqındadır. Məsələ hələ Business İnsiderdən qabaq Rusiya mediasındada geniş rezonans doğurub. Maraqlı olan məsələ odurki, Nihad Abbasov adlı gəncin proqramçıların pulsuz fayl serveri olan github-da xüsusi bir qovluğu vardır. Nihad Abbasov bu qovluqda olan proqramları həyatını rahatlaşdırmaq üçün istifadə edib.  Bu proqramlara baxanda insanda elə bir hiss yaranırki, Nihadın vaxtını 90 saniyədən çox olan işlərin hamısı avtomatlaşdırılıb.

Misal üçün, əgər o işdəki serverə axşam 9-da o login olursa, sistem xüsusi hazırlanmış səbəblər siyahısından təsadüfən birini seçib həyat yoldaşına mesaj göndərir.

Digər maraqlı işlərdən biri, latte (kofe) hazırlanması prosesidir. Könlü latte istəyən Nihad, kofe hazırlayan maşını hack edərək ona 17 saniyəlik müraciət göndərir. Maşın kofeni hazırlayır, lakin onu stəkana yalnız 24 saniyədən sonra süzür – bu vaxt Nihadın öz yerindən kofe maşınına qədər olan məsafəni qət etməsinə bəs edir.

Onun yazdığı digər bir proqram isə, sifarişlə iş gördüşü bir şəxslə bağlıdır. Əgər həmən şəxs ona email yazırsa, Nihadın yazdığı proqram  emailın içində kömək sözünü axtarır, əgər taparsa o zaman müştərinin saytının son normal vəziyyətə backupını restor edir və avtomatik olaraq müştəriyə problemin həll olunmasını yazır.

Əgər səhər 8.45-ə qədər iş yerində olan serverdə login olmazsa, o zaman yenidən yazdığı proqram işə düşür və bildirirki “Özümü yaxşı hiss etmirəm, bir azdan gələcəm” . Adətən bu haldada səbəblər qabaqcadan hazırlanmış səbəblər siyahısından təsadüfi seçilib göndərilirmiş.

Son xəbərlər
Oxşar xəbərlər