28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanlı investor regionun aparıcı telekommunikasiya şirkətini alıb

Azərbaycanın “NEQSOL Holding” şirkəti Gürcüstanın telekommunikasiya sahəsində aparıcı şirkət olan “Caucasus Online” şirkətinin səhmlərinin 100 %-nin sahibi olub.

Bir neçə gün öncə şirkətin sahibi Xviça Makatsariya səhmlərin yerdə qalan 51 %-ni azərbaycanlı investor Nəsib Həsənova təqdim edib.

Səhmlərin 49 %-i Azərbaycan şirkətinə 2019-cu ildə keçib.

2006-cı ildə yaradılan “Caucasus Online” bölgənin aparıcı telekommunikasiya şirkətidir. Şirkət 2008-ci ildən Avropadan Cənubi Qafqaz və Xəzər dənizi bölgəsinə internet tranzitini həyata keçirən Qara dənizin dibi ilə keçən 1 200 kilometrlik sualtı fiber-optik kabelin yeganə sahibidir. “Caucasus Online” yalnız Gürcüstanı deyil, Ermənistan və Azərbaycanın da böyük hissəsini internetlə təmin edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər