29 C
Baku
Thursday, July 18, 2024

Azərbaycanlı investorlar Ukraynada yeni asfalt zavodu açdı

Banker.az saytı Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukraynanın Lvon əyalətində azərbaycanlı investorların vəsaitləri hesabına “Alov” – yeni asfalt zavodu açılıb.

Verilən məlumatlara görə, müəssisəyə 7 milyon avro yatırılıb. Zavodun ümumi ərazisi 18 hektardır. Gözləntilərə əsasən, zavodun işçiləri üçün orta aylıq əmək haqqı 6 min qrivna təşkil edəcək.

İstehsalatın ilk günlərindən başlayaraq zavod saatda 180 ton asfalt istehsal edəcək.

“Zavodun işə salınması ilə Lvov əyalətində 100 əməkdaş iş yeri ilə təmin ediləcək. Bundan əlavə, istehsalat həcminin genişləndirilməsi ilə iş yerlərinin sayının artırılması gözlənilir. Zavod Avropada istehsal edilmiş yüksək tenoloji avadanlıqlar ilə təmin edilib” – deyə zavodun sahibi Ziyəddin İsmayıl oğlu qeyd edib.

 

Son xəbərlər
Digər xəbərlər