19 C
Baku
Tuesday, April 16, 2024

Azərbaycanlı iş adamı Afrikada yol qəzasında öldü

Afrikada qızıl çıxarılması ilə məşğul olan “Arifoglu Gold” şirkətinin rəhbəri Məmmədpaşa Axundov yol qəzasında vəfat edib.

Bu barədə onun yaxınları məlumat verib. Bildirilib ki, bir müddətdir Mavritaniya və Mali Respublikalarında mədənçilik və xeyriyyə işləri ilə məşğul olan iş adamı avtomobil qəzası səbəbindən həyatını itirib.

Qeyd edək ki, M.Axundov Afrika ölkələrində xəstəxana və məktəblərin tikintisi, içməli su quyularının qazılması kimi xeyriyyə işləri ilə məşğul olub.

 

 

Son xəbərlər
Digər xəbərlər