28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanlı iş adamı Türkiyədə faciəli şəkildə həlak olub

Azərbaycanlı iş adamı Türkiyədə ölüb.

Banker.az-ın məlumatına görə, hadisə dünən axşam saatlarında İstanbulun Beşiktaş səmtindəki lüks otellərdən birində baş verib. Hadisənin intihar olması, eyni zamanda ehtiyatsızlıqdan baş verdiyinə dair məlumatlar var.

Bəzi mənbələrin bildirdiyinə görə, 40 yaşlı iş adamı Nihad Əliyev tapançadan başına atəş açaraq intihar edib. O, xəstəxanaya çatdırılsa da, həkimlərin səyi nəticəsi qalıb.

Digər mənbələr isə N. Əliyevin silahını təmizləyərkən ehtiyatsızlıqdan açılan atəş nəticəsində güllənin başından dəydiyi barədə məlumat yayıb.

Bəzi mənbələr Nihad Əliyevin SOCAR-ın satış direktoru vəzifəsində çalışdığı bildirilir. Bununla bağlı dəqiqləşdirmələr aparılır.

Türkiyə polisi faktla bağlı araşdırma aparır.

Son xəbərlər
Digər xəbərlər