21 C
Baku
Şənbə, May 21, 2022

Azərbaycanlı məşhurların Facebook hesabları fişinq metodu ilə oğurlanıb – Foto

Bir sıra azərbaycanlı məşhurların rəsmi Facebook hesabları Kamboca, Tayland və digər cənubi şərqi Asiyadan olan dələduzlar tərəfindən fişinq metodu ilə oğurlanıb.

Həmçinin Miri Yusif və Sevda Yəhyayevanın da facebook hesabları oğurlanıb. Bu metod çox professional şəkildə həyata keçirilir. Onlar bir vasitəçi şirkət adından, Nike, Gucci və s kimi böyük brendlərin reklamını yerləşdirmək adı ilə yazırlar və 1 günlük reklam üçün böyük mükafatlar təqdim edirlər.

Daha sonra Facebook Business menecer vasitəsilə səhifənizdə reklam yerləşdirmək üçün sizə sorğu göndərirlər. Bu rəsmi olaraq Facebook tərəfindən göndərilən sorğudur. Bunu qəbul etdiyiniz halda artıq səhifəniz sizdən uzaqlaşır. Səhifələrin bərpası çətindir və zaman alır.

677

Son xəbərlər
Oxşar xəbərlər