12 C
Baku
Sunday, October 27, 2024

Azərbaycanlı milyarderin oğlu 50 milyon dollar itirib

Azərbaycanlı milyader Fərhad Əhmədovun oğlu Teymur Əhmədov tələbəlik illərində 50 milyon dollar maliyyə itkisinə uğradığını deyib.

Forbes jurnalına istinadən xəbər verilir ki, o bu barədə Londonda onun anası Tayyana Əhmədovanın iddiası əsasında keçirilən məhkəmə prosesində çıxışı zamanı deyib.

Teymur Əhmədov 19 yaşında yüksəkriskli treydinqlə məşğul olduğunu və bu işdə 50 milyon dollar itirdiyini söyləyib.

Fərhad Əhmədovdan boşanan Tatyana Əhmədova keçmiş ərinin övladları Teymurun da iştirakı ilə 584 milyon dollar məbləğində sərvəti ondan gizlətdiyini iddia edir.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər