29 C
Baku
Thursday, June 30, 2022

Azərbaycanlı milyarderin yerli şirkəti yeni təsərrüfat subyektləri yaradacaq

27 may 2022-ci il saat 15.00-da Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda Teymur Əhmədov adına “AzNar” QSC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Növbəti ümumi yığıncağın gündəliyi:

1. Teymur Əhmədov adına “AzNar” QSC-nin 2021-ci il üçün illik (maliyyə) hesabatları barədə.

2. Teymur Əhmədov adına “AzNar” QSC-nin 2021-ci maliyyə-təsərrüfat ilinin yekunlarına görə dividendlərin elan edilməsi və ödənilməsi barədə.

3. Teymur Əhmədov adına “AzNar” QSC-nin yeni redaksiyada nizamnaməsi barədə.

4. Teymur Əhmədov adına “AzNar” QSC-nin restrukturizasiya­sı və yeni təsərrüfat subyektlərinin yaradılması ilə bağlı təşkilati-hüquqi məsələlər barədə.

Cəmiyyətin bütün səhmdarlarına izah edilir ki, səhmdarlar ümumi yığıncağın çağırılmasına 30 (otuz) gün qalmış gündəliyin layihəsinə aid təkliflər vermək və ümumi yığıncağa 15 (on beş) gün qalmış gündəliyə da­xil olan bütün məsələlər üzrə müvafiq sənədlərlə AZ2300, Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda yerləşən cəmiyyətin inzibati binasın­da tanış olmaq hüququna malikdirlər.

Ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiq edən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiqləyən sənəd və nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə təqdim etməlidirlər.

Əlaqə telefonu- (+9942027) 4-05-17.

Ünvan- AZ2300, Göyçay şəhəri, Natəvan küçəsi 120.

Son xəbərlər
Oxşar xəbərlər