21 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

Azərbaycanlı “Morgan Stanley”də rəhbər vəzifəyə təyin olundu

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycanlı maliyyə mütəxəssisi Hüseyn Əliyevə “Morgan Stanley” bankında rəhbər vəzifə verilib.

29 yaşlı həmyerlimiz qlobal investisiya bankının Frankfurtdakı nümayəndəliyində Likvidliyin tənzimlənməsi üzrə direktor kimi işə başlayıb.

Təyinatla bağlı qərar iki gün öncə verilib.

Bakının Bilgəh kəndində anadan olan Hüseyn Əliyev 2009-2013-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. 2007-2015-ci illərdə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Nyukasl Universitetində Beynəlxalq iqtisadiyyat və maliyyə ixtisası üzrə magistr dərəcəsi alıb. O, Beynəlxalq maliyyə qurumu CFA İnstitutunun rəsmi üzvüdür. Bu təyinatından öncə isə digər qlobal investisiya bankı olan “Goldman Sachs”da Xəzinədarlıq və likvidlik risklərinin idarə olunması şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb.

Qeyd edək ki, “Morgan Stanley” bankı 1935-ci ildə yaradılıb. Mərkəzi ofisi ABŞ-ın Nyu-York şəhərində yerləşən nəhəng maliyyə təşkilatı bir çox ölkədə fəaliyyət göstərir.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:Qafqazinfo
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər