25 C
Baku
Friday, August 19, 2022

Azərbaycanlı nazirin qızı Rusiyada nazir oldu

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Nərmin Şirəliyevanı vilayətin mədəniyyət naziri təyin edib.

Banker.az Azərtac-a istinadən xəbər verir ki, N. Şirəliyeva 2013-cü ildən Moskva vilayəti qubernatorunun Administrasiyasında nazir ranqında mədəniyyət müşaviri vəzifəsində işləyirdi.

Onun təşəbbüsü ilə Moskva vilayətində bir sıra iri mədəniyyət layihələri, xüsusən “Moskva ətrafında ilin fəsilləri”, Rusiyanın kiçik şəhərlərinin teatrlarının festivalı, “Çaykovski ilə Moskvaətrafı gecələri” festivalı, “İlk tamaşaçı”, “Paytaxt teatrlarının Moskvaətrafı afişası”, “Yeni Qüdsdə rus baleti”, “Masa festivalı” və digər aksiyalar həyata keçirilib.

N. Şirəliyeva Bakıda anadan olub, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun məzunudur. İngilis və fransız dillərini mükəmməl bilir.

Qeyd edək ki, N. Şirəliyeva Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyevin qızıdır.

Son xəbərlər
Oxşar xəbərlər