Azərbaycanlı qardaşların milyardlarına həbs qoyuldu

Rusiyanın Sankt-Peterburq şəhərinin Tver rayon məhkəməsi azərbaycanlı Müşfiq və Allahverdi Abdullayev qardaşlarının əmlaklarına həbs qoyub.

“TD İntertorq” şirkətinin sahibi olan qardaşlar “Sberbank”dan götürdükləri 8 milyardlıq krediti mənimsəməkdə ittiham olunublar. Məhkəmə onların 2 milyard rubl (təxminən 28 milyon dollar) dəyərində olan əmlaklarına həbs qoyub. Həbs qoyulan mülklər arasında Abdullayevlərin ticarət mərkəzləri, şəhərin mərkəzində mənzilləri, ofisləri var.

Rusiya mətbuatı onu da xəbər verir ki, istintaq materiallarında kredit adı ilə dövlət bankları və s. maliyyə müəssisələrindən alınan vəsaitin xaricə çıxarıldığı vurğulanır.

2018-ci ildən başlayaraq Müşfiq Abdullayevin biznesi sürətlə geriləməyə başlayıb, onun şirkətinin təchizatçılar qarşısında borcları şişib. Nəticədə qardaşlar müflis olublar. Bu ilin martında Allahveri Abdullayev həbs ediib. Qardaşı Müşfiq isə axtarışdadır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.