28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanlılar fond bazarında qazana biləcəklər

Manat və dollar istiqrazlarının buraxılışı planlaşdırılır.

2016-cı ildə Azərbaycan hökuməti daxili fond bazarında yerləşdirmək üçün manat və dollar istiqrazları buraxmağı planlaşdırır.

Banker.azın Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin maliyyə naziriSamir Şərifov bazar günü ANS-ə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, bu il manat istiqrazları üzrə gəlirlilik inflyasiya səviyyəsini ötəcək və 11-12% təşkil edəcək. Dollar istiqrazları üzrə faiz dərəcəsi isə 3% olacaq.

“Manatla borc öhdəliklərinin buraxılmasında əsas məqsəd milli valyutaya inamın qaytarılması və əhalinin əmanətlərinin bazara cəlb edilməsidir.

Bununla yanaşı, dollar istiqrazları üzrə gəlirlilik bank əmanətləri üzrə faiz dərəcələrindən aşağı olacaq ki, bank sektorundan valyuta axınına yol verilməsin”, – deyə, nazir bildirib.

Son xəbərlər
Digər xəbərlər