27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanlıların ən çox pul xərclədiyi məhsullar məlum olub

Azərbaycan əhalisinin pərakəndə ticarət şəbəkələrində pullarını əsasən hansı məhsullara xərclədiyi məlum olub.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48.4 faizi ərzaq məhsullarının, 5.4 faizi içkilər və tütün məmulatlarının, 14.3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6.2 faizi avtomobil benzini və dizel yanacağının, 5.3 faizi elektrik malları və mebellərin, 2.2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0.8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17.4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2021-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 19383.1 milyon manatlıq, o cümlədən 10436.8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8946.3 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Son xəbərlər
Digər xəbərlər