18 C
Baku
Tuesday, April 23, 2024

“Azərenerji” vakansiyalar elan edir: iki vəzifə üzrə

“Azərenerji” ASC “Xarici İqtisadi Əlaqələr” şöbəsində iki vəzifəsinə namizədləri dəvət edir.

Şöbə: Xarici İqtisadi Əlaqələr

Vəzifə 1: İnvestisiya Analitiki

Əsas öhdəlikləri:

• Maliyyə tapşırıqlarının yerinə yetirilməsi, maliyyə hesabatlarının hazırlanması, maliyyə göstəricilərinin təhlil olunması;
• Şirkət hesablarının, gəlir və xərclər hesabları üzrə məlumatların təhlili;
• Mürəkkəb maliyyə məlumatları üzrə arayışların hazırlanması;
• Şirkətin təmsilçisi olaraq investisiya bankları və reytinq agentlikləri ilə çalışmaq;
• Mütəmadi olaraq şirkətin korporativ təqdimatını yeniləmək.

Vəzifə üzrə tələblər:

• Maliyyə, Mühasibat, Biznesin İdarəolunması, İqtisadiyyat və digər aidiyyatı sahə üzrə bakalavr dərəcəsi vəya  Magistr dərəcəsi;
• Microsoft Office (Excel, Word, Power Point və s.) proqramları üzrə bilik;
• Dil bilikləri: Azərbaycan dili, İngilis dili (əla səviyyədə), Rus dili (orta səviyyədə);
• Araşdırma bacarığı.
• Ünsiyyət qurma bacarığı.


Vəzifə 1: Tərcüməçi

Vəzifə üzrə tələblər:

• Texniki və iqtisadi sahələrlə bağlı yazılı və şifahi tərcümə xidmətlərinin peşəkarcasına həyata keçirilməsi;
• Microsoft Office (Excel, Word, Power Point və s.) proqramları üzrə bilik;
• Dil bilikləri: Azərbaycan dili, İngilis dili (əla səviyyədə), Rus dili (orta səviyyədə);
• Ünsiyyət qurma bacarığı.

Necə müraciət etməli:

• İxtisaslı namizədlər öz tərcümeyi-hallarını [email protected] ünvanına göndərməli və ya http://ir.azerenerji.gov.az/Home/Details/26 linkinə müraciət edə bilərlər.
• Mövzu hissəsinə vakansiyanın adını qeyd olunmalıdır.

Qeyd: Yalnız tələblərə uyğun nazamizədlərlə əlaqə yaradılacaqdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər