27 C
Baku
Saturday, July 27, 2024

“AzərEnerji” yarım milyon manata 2 avtomobil aldı

“AzərEnerji” ASC “Marketinq və Servis Müəssisəsi” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə 2 ədəd 28 m və 32 m hündürlüyə qaldırıcı açıq kabini olan yeni yük avtomobilinin satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 480 000 manatdır.

Qeyd edək ki, “Marketinq və Servis Müəssisəsi” MMC 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 000 manatdır və qanuni təmsilçisi Fikrət Səlimovdur.

Son xəbərlər
Digər xəbərlər