“Azərenerji”dən vergi borcu olan şirkətə 1 milyon manatlıq sifariş

“Azərenerji” ASC “Leading Supply Solutions” MMC ilə təxminən 1 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə müxtəlif növ inşaat mallarının satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 920 027 manatdır.

Qeyd edək ki, “Leading Supply Solutions” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 2 040 manatdır və qanuni təmsilçisi Bahadur Əlizadədir. Bu şirkətin dövlətə vergi borcu 130.38 manat təşkil edir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.