21 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

“AzərGold” istiqraz buraxmağa hazırlaşır

Screen Shot 2021 09 02 at 14.34.20

“AzərGold” QSC yaxın gələcəkdə “Bakı Fond Birjası” QSC vasitəsilə ilk dəfə olaraq istiqrazlarını tədavülə buraxmağı planlaşdırılır.

Bu barədə şirkətin bu ilin 8 ayı üzrə əldə etdiyi iqtisadi nəticələrlə bağlı hesabatında bildirilir.

Sənəddə deyilir ki, planlaşdırılan qiymətli kağızların emissiyası təkcə “AzerGold”un investisiya portfelinin şaxələndirilməsi deyil, eləcə də vətəndaşlar üçün mənfəətli investisiya imkanları yaratmaq məqsədi daşıyır.

İstiqrazların emissiyasından cəlb ediləcək vəsaitin isə “Çovdar” (Daşkəsən), “Köhnəmədən” (Balakən) və “Qaradağ” (Şəmkir-Gədəbəy) layihələri üzrə yeni yataqların resurslarının artırılmasına, yataqların yerüstü hissəsində istismar işlərinin sürətləndirilməsinə və çöl tədqiqat işlərinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərə tutulub. Adıçəkilən layihələrin istismarı yerləşdiyi bölgədə sosial-iqtisadi inkişafa töhfə verməklə yanaşı ölkə iqtisadiyyatına milyardlarla vəsaitin cəlb edilməsinə imkan yaradacaq.

“Cəmiyyətin fəaliyyətinin nəticələrinin yüksək mənfəətliliklə müşayət olunması tədavülə buraxılacaq qiymətli kağızların daha etibarlı və dayanıqlı olmasına təminat verir. Yeni istiqrazlar “AzerGold”un uzun müddətli inkişafında pay sahibi olmaqla yanaşı, qiymətli kağızlar bazarının daha da inkişaf etməsinə təkan verəcək”, – deyə qurum bəyan edib.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər