8 C
Baku
Bazar ertəsi, Dekabr 6, 2021

Azəri-Çıraq-Günəşlidən ARDNF-ə daxil olan gəlirlər 51% artdı

2021-ci ilin ilk on ayında Azərbaycan Respublikası Neft Fondunun (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 4 milyard  612.1 milyon dolları təşkil edib.

Dövlət Neft Fonundan Banker.az-a verilən xəbərə görə, bu da illik müqayisədə 51% artım deməkdir.

Beləliklə, AÇG yatağı üzrə əldə olunan ümumi gəlirləri 2001-ci ildən etibarən 154 milyard 017 milyon dollar təşkil edib.

Şahdəniz yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər (2007-ci ildən etibarən): 4 milyard 129 milyon dollar (01.11.2021 tarixinə) olub.

Şahdəniz yatağından qaz və kondensat cari ilin ilk 10 ayı ərzində 461.92 mln. dollar olmuş, o cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər ilin yanvar-oktyabr aylarında 135.24 mln. dollar olub.

Son xəbərlər
Oxşar xəbərlər
X