22 C
Baku
Monday, July 22, 2024

“Azəripək” Avropaya məhsul ixracına başlayacaq

“Azəripək” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) öz məhsullarını Avropa ölkələrinə ixrac etməyi planlaşdırır.

Hazırda Türkiyə, İran, Hindistan, Çin, Özbəkistan və Türkmənistana məhsul ixrac edilir. Əsas ixrac bazarları isə Türkiyə və İrandır.

Bu il ərzində “Azəripək”in ixracdan gələn gəlirləri artıb. Ötən ilin yanvar-mart aylarında MMC-nin ixracdan əldə etdiyi gəlir 1 025 000 manat olduğu halda, bu il həmin göstərici 1 150 000 manata yüksəlib.

“Azəripək”in ixracdan əldə etdiyi gəlirlərindəki artım ötən il də müşahidə edilib. Müəssisə 2020-ci ildə ixracdan 1 871 000 manat, 2021-ci ildə 6 843 000 manat gəlir əldə edib.

Xatırladaq ki, “Azəripək” MMC “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2018-ci ildə yaradılıb. Cəmiyyətin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalatı, burucu sex daxildir.

Son xəbərlər
Digər xəbərlər