Qaz təchizatçısı olan “Azəriqaz” İstehsalat Birliyi ölkədə tikinti layihələri gerçəkləşdirən və satışını həyata keçirən “AAAF İnşaat” MMC-yə qarşı yarım milyonluq iddia qaldırıb.
Banker.az saytının xəbərinə görə, təchizatçı Bakı Kommersiya Məhkəməsinə müraciət edərək təbii qazdan istifadəyə [AAAF İnşaat-ın] görə yaranmış 450 min manata qədər olan borcunu ödənməsi ilə bağlımüraciət edib.
Məhkəməyə verilən iddia ərizəsində həmin borcun məcburi qaydada tutularaq “Azəriqaz” İB-nin bank hesabına ödətdirməsini xahiş edib.
Qeyd edək ki, “AAAF İnşaat” MMC, Azərbaycanda böyük holdinq olan “AAAF Holdinq”in törəmə şirkətidir. Həmçinin “AAAF Park” yaşayış kompleksidə bu şirkət tərəfindən inşaa edilib.