15 C
Baku
Şənbə, Oktyabr 16, 2021

“Azəriqaz” iri ayaqqabı fabrikini ‘qaz puluna’ görə məhkəməyə verib

Screen Shot 2021 09 02 at 14.34.20

“Azəriqaz” İstehsalat Birliyi Azərbaycanda fəaliyyət göstərən bir neçə şirkətə qarşı iddia qaldırıb. Onlardan biri də “ASK Ayaqqabı Fabriki” MMC-dir.

Banker.az xəbər verir ki, Azərbaycanda yeganə qaz təchizatçısı olan “Azəriqaz” kommersiya məhkəmələrinə müraciət etməsinə səbəb, təbii qaz istifadəsindən yaranan borcun ödənilməsi ilə bağlıdır.

“ASK Ayaqqabı Fabriki” Azərbaycan Sənaye Korporasiyasının (ASK) tərkibində olan müəssisələrdən biridir.

“ASK Ayaqqabı Fabriki” Azərbaycan  Respublikasının Güc Nazirlikləri üçün (Müdafiə Nazirliyi, DİN-nin Daxili Qoşunları, AR DİN-in Təchizat İdarəsi, AR Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti – Milli Qvardiya) təbii dəridən  uzunboğaz əsgər və dənizçi botları, zabit heyəti  və qadın hərbi qulluqçuları üçün yay və qış çəkmələri, kazarma və hospital başmaqları, o cümlədən istehsalatda,  tikintidə, limanda, dəmir yollarında çalışan fəhlələr üçün xüsusi ayaqqabılar, həmçinin  kişi və qadınlar üçün müxtəlif  çeşiddə ayaqqabılar, idman ayaqqabıları istehsal edir. Bu barədə ASK-nin rəsmi səhifəsində də qeyd edilir.

Müəssisədə bir növbəli iş rejimi şəraitində  gündəlik ayaqqabı istehsalı – 1520 cüt  təşkil edir.

Fabrikin 10.9 milyon manat nizamnamə kapitalı vardır.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər