13 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

“Azəriqaz”dan 2022-ci ilin qazlaşdırma planı ilə bağlı AÇIQLAMA

“2022-ci ilin qazlaşdırma planı artıq təsdiqlənmək üzrədir”.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev məlumat verib.

O bildirib ki, bununla belə planın təsdiqlənmə prosesi hələ tam başa çatmayıb:

“2022-ci ilin qazlaşdırma planını sosial media üzərindən paylaşmaq fikrimiz var. Vətəndaşlar konkret olaraq bilsin ki, 2022-ci ildə hansı massiv və ərazilər qazlaşdırılacaq. Çünki bu barədə suallar həddən artıq çox olur”.

Ruslan Əliyev qeyd edib ki, hazırda proqram bağlanıb, lakin ona yenidən baxıla və hansısa ərazilər əlavə edilə bilər.

Mənbə:Oxu.az
Son xəbərlər
Oxşar xəbərlər
X