20 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

“Azərişıq” Kəlbəcərin elektrik enerjisi ilə təminatına 30 milyon manat xərcləyəcək

Screen Shot 2021 09 02 at 14.34.20

“Azərişıq” ASC iki şirkətlə 30 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, bu şirkətlər “Enerji Construction” MMC və “MSDİS Holding” MMC-dir.

“Enerji Construction” MMC ilə olan müqavilədə Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin dayanıqlı və etibarlı elektrik enerjisi ilə təmin olunması məqsədilə 110/35/6 kV-luq “Gəncə-2” və 110/35/6 kV-luq “Daşkəsən” yarımstansiyaları arasında 110 kV-luq iki dövrəli hava xəttinin çəkilməsi işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 14 417 270 manatdır.

“MSDİS Holding” MMC ilə olan müqavilədə Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin dayanıqlı və etibarlı elektrik enerjisi ilə təmin olunması məqsədilə Daşkəsən rayonunun ərazisində yerləşən mövcud 110/35/6 kV-luq“Daşkəsən” yarımstansiyasının, 2×40 MVA gücündə yenidən qurulması işlərinin satın alınması nəzərdə tutulur. Bu müqavilənin məbləği isə 15 558 344 manatdır.

 

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər