26 C
Baku
Cümə, Sentyabr 17, 2021

“Azərişıq” nizamnamə kapitalını 28% artıracaq

Screen Shot 2021 09 02 at 14.34.20

Bu il “Azərişıq” ASC nizamnamə kapitalını 470,8 milyon manat və yaxud 28,05% artıraraq 1 678,7 milyon manatdan 2 149,5 milyon manata çatdıracaq. Bu barədə qurumdan bildirilir.

Məlumata görə, 2019-cu ildə səhmdar cəmiyyəti Nazirlər Kabinetinin göstərişi əsasında nizamnamə kapitalının artırılması üçün tədbirlərə başlasa da, dövlət orqanlarındakı struktur dəyişiklikləri ilə əlaqədar proses 2020-ci ildə tamamlanmayıb, 2021-ci ildə başa çatdırılması gözlənilir. Kapital artımı 325,8 milyon manat məbləğində əlavə ödənilmiş kapital və əvvəlki illərdə Maliyyə Nazirliyindən alınmış 145 milyon manat borcun nizamnamə kapitalına yönəldilməsi hesabına baş tutacaq. Həmin borcun öhdəlikdən kapitala keçirilməsi şirkətin xalis dövriyyə kapitalının təxminən 70 milyon manat artmasına səbəb olacaq.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:Report
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər