12 C
Baku
Sunday, October 27, 2024

“Azərişıq” son 3 ildə Asiya İnkişaf Bankından $325 mln. alıb

“Asiya İnkişaf Bankının (ADB) maliyyələşdirdiyi Elektrik paylayıcı şəbəkənin yenidən qurulmasına dair İnvestisiya Proqramı”na uyğun olaraq, ayrılan vəsaitin birinci tranşı çərçivəsində “Azərişıq” ASC 325 mln. ABŞ dolları xərcləyib.

Bu barədə Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının “Market Analysis Azerbaijan 2019” (“Bazarın təhlili Azərbaycan-2019”) nəşrində deyilir.

Nəşrə görə, ikinci tranş 2020-2021-ci illərdə baş tutacaq.

“Uzunmüddətli enerji layihələri sırasında Abşeron yarımadasında gücü 1000 mWt çatan enerji istehsalı müəssisəsi də var. Bunun istifadəyə verilməsi 2030-cu ilin sonuna nəzərdə tutulur. Həmin layihə Energetika Nazirliyinin ölkənin uzunmüddətli elektrik enerjisi təchizatı layihəsinin əhəmiyyətli hissəsidir” – məlumatda qeyd olunub.

Report

Son xəbərlər
Digər xəbərlər