“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti “Harmony İndustrial Construction and Engineering Group” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Xocavənd rayonu, Zoğalbulaq yaşayış məntəqəsi ərazisində 35 kV-luq “Zoğalbulaq” yarımstansiyasının tikintisi və dairəvi sxemin bir hissəsini təşkil edəcək Hadrut “Qovşaq” yarımstansiyası ilə “Zoğalbulaq” yarımstansiyası arasında 35 kV-luq iki dövrəli ÖİN(SİP-3) xəttinin çəkilməsi nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 7 594 971 manatdır.