25 C
Baku
Sunday, April 21, 2024

“Azərişıq” yığılmış zərərini 370 milyon manata endirib

Azərbaycanda elektrik enerjisini pərakəndə satan “Azərişıq” ASC 2021-ci ildə xalis mənfəəti öncəki ildən xeyli üstün olub.

Banker.az bu barədə KPMG audit şirkətinin 2021-ci il üzrə maliyyə hesabatına verdiyi rəydə bildirilir.

Hesabat ilində “Azərişıq”ın satışdan gəlirləri 1 milyard 325 milyon manat təşkil edib. Bu da öncəki ildən 9% yuxarı rəqəmdir. Satışların maya dəyəri 1 milyard 162.28 milyon olduğu halda ümumi mənfəət 162.73 milyon manat (2020: 156.5 mln.) təşkil edib.

Şirkətin paylama xərcləri 46.76 mln. manat (2020: 46.23 mln.), inzibati xərcləri 73.35 mln. manat (67.1 mln.), ticarət debitor borclar üzrə dəyərsizləşmə zərəri 12.91 mln. manat (19.56 mln.), maliyyə xərcləri 10.4 mln. manat (14.12 mln.) sair xərclər 2.68 mln. mnanat (0.71 mln.) təşkil etdiyi halda, sair gəlirləri  4.23 mln. manat (0.01 mln.) təşkil edib.

Bununla da 2021-ci ildə 6.18 mln. manatlıq mənfəət vergisi xərcindən sonra xalis mənfəəti 12.67 mln. manat olub. Bu isə 2020-ci ildə cəmi 2.87 mln. manat təşkil edib.

Bu xalis mənfəət şirkətin illərdir yığılıb qalan 382.26 milyonluq zərərini 369.59 milyon manata endirib.

1 yanvar 2022-ci il tarixinə “Azərişıq”ın cəmi aktivləri 2 mlrd. 654.17 mln. manat, cəmi öhdəlikləri 698.65 mln. manat və cəmi kapitalı isə 1 mlrd. 955.51 milyon manat təşkil edib.

222 1111111

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər