27 C
Baku
Saturday, July 27, 2024

“Azərişıq”a mətbuat xidmətinin rəisi təyin edilib

“Azərişıq” ASC-də kadr dəyişikliyi edilib.

Səhmdar cəmiyyətin mətbuat xidmətinin rəisi vəzifəsi tanınmış telejurnalist Vaqif Aydınoğluna tapşırılıb.

V. Aydınoğlu məlumatı təsdiq edib.

Mətbuat xidmətinin keçmiş rəhbəri Tanrıverdi Mustafayev isə “Azərişıq” sədrinin müşaviri təyin edilib.

Qeyd edək ki, V. Aydınoğlu bu təyinata qədər ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru olub.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər