28 C
Baku
Saturday, July 27, 2024

“Azərişıq”da kadr dəyişikliyi – Yeganə qadın regional rəisi vəzifəsindən azad edilib

“Azərişıq” ASC-də kadr dəyişikliyi baş verib. 

Report agentliyi xəbər verir ki, qurumun Tovuz Rayon Elektrik Şəbəkəsinin (REŞ) rəisi Kəmalə Abdullayeva tutduğu vəzifədən azad edilib.

Onun yerinə Zaur Şirəliyev təyin edilib. O, bu vaxta qədər Xəzər rayon Elektrik Şəbəkəsində aparıcı mütəxəssis olub.

K.Abdullayeva isə “Azərişığ”ın enerji satışı departamentinin abonent şöbəsində baş mütəxəssis vəzifəsinə gətirilib. 

Xatırladaq ki, K.Abdullayeva “Azərişıq”da REŞ rəisi olan yeganə qadın olub.

Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Report”a təyinatla bağlı məlumatı təsdiq edib.

Son xəbərlər
Digər xəbərlər