24 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

“Azərişıq”dan 5 şirkətə 4 milyon manatlıq sifariş

Screen Shot 2021 09 02 at 14.34.20

“Azərişıq” ASC 5 şirkətlə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, bu şirkətlər “Şahin-A LTD” MMC, “Mix Pro” MMC, Meqaplus firması, “Azelektro Service Co” MMC və “Leading Supply Solutions” MMC-dir.

“Şahin-A LTD” MMC ilə bağlanmış müqavilədə Bakı şəhəri, Binəqədi rayonu, 110/35/6 kV-luq “Binəqədi” yarımstansiyasından qidalanan 35 və 6 kV-luq hava xətlərinin bir hissəsinin kabel xətləri ilə əvəz olunması işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri 765 641 manatdır.

“Mix Pro” MMC ilə bağlanmış müqavilədə Müxtəlif sərfiyyat və xüsusi mətbəə mallarının satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri 594 613 manatdır.

Meqaplus firması ilə bağlanmış müqavilədə Müxtəlif dekorativ bitki və həmişə yaşıl qrupuna aid olan ağacların satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri 639 082 manatdır.

“Azelektro Service Co” MMC ilə bağlanmış müqavilə Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən mövcud 35/0,4 kV-luq yarımstansiyanın əvəzinə tikilən 35/10 kV-luq yeni yarımstansiyada avadanlıqların quraşdırılması işlərinin satın alınmasından ibarətdir. Müqavilənin dəyəri 876 842 manatdır.

“Leading Supply Solutions” MMC ilə bağlanmış müqavilə isə Müxtəlif tikinti mallarıın satın alınmasını nəzərdə tutur. Müqavilənin dəyəri 788 971 manatdır.

5 müqavilənin cəmi məbləği isə 3 665 149 manatdır.

 

 

 

 

 

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər