3 C
Baku
Şənbə, Yanvar 22, 2022

“Azərişıq”dan cəbhəyanı elektrik təsərrüfatına dəymiş zərər üçün 10 milyonluq müqavilə

“Azərişıq” ASC tərəfindən 20 oktyabr 2021-ci il “Azərişıq” ASC-nin cəbhəyanı rayonlarda Qərb və Aran regionları üzrə elektrik təsərrüfatına dəymiş zərərlərin aradan qaldırılması üçün elektrik şəbəkələrində görüləcək işlərin satın alınması üzrə təkliflər sorğusu üsulu ilə keçirilmiş tender müsabiqəsində Tender komissiyasının qərarına əsasən “METATRON İNŞAAT” MMC qalib elan olunmuşdur.

Qalib gəlmiş təşkilat ilə 29.11.2021-ci il tarixdə ƏDV daxil 4 246 099,70 AZNməbləğində müvafiq podrat müqaviləsi imzalanmışdır. 

“Azərişıq” ASC tərəfindən 20 oktyabr 2021-ci il “Azərişıq” ASC-nin cəbhəyanı rayonlarda Mərkəzi Aran regionu üzrə elektrik təsərrüfatına dəymiş zərərlərin aradan qaldırılması üçün elektrik şəbəkələrində görüləcək işlərin satın alınması üzrə təkliflər sorğusu üsulu ilə keçirilmiş tender müsabiqəsində Tender komissiyasının qərarına əsasən “MSDIS HOLDING” MMC qalib elan olunmuşdur.

Qalib gəlmiş təşkilat ilə ƏDV daxil 29.11.2021-ci il tarixdə 5 213 263,61 AZN məbləğində müvafiq podrat müqaviləsi imzalanmışdır.

Son xəbərlər
Oxşar xəbərlər