20 C
Baku
Monday, July 14, 2025

“Azərişıq”dan şirkətlər qrupuna 1 milyon manata yaxın sifariş

“Azərişıq” ASC  “ATEF Şirkətlər Qrupu” MMC ilə təxminən 1 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Güc transformatorlarının əsaslı təmiri xidməti nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 950 000 manatdır.

Qeyd edək ki, ATEF Şirkətlər Qrupu 1961-ci ildə fəaliyyətə başlayan Bakı Mayesiz Transformatorlar Zavodunun bazasında qurulub. Müəssisə güc transformatorları və geniş çeşidli digər elektrik avadanlıqlarının istehsalı üzrə ixtisaslaşıb.

 

Son xəbərlər
Digər xəbərlər