12 C
Baku
Sunday, October 27, 2024

“Azəristiliktəchizat”ın yığılmış zərəri 90 mln. manata çatdı

Dövlətə məxsus “Azəristiliktəchizat” ASC 2019-cu il ərzində zərər edib.

“Azəristiliktəchizat”ın hesabatında 2019-cu il ərzində 21.43 mln. manat zərər etdiyi bəlli olur. Belə ki, istilik təchizatçısının illərdən yığılmış zərəri 2019-cu il ərzində 68.15 milyon manatdan 89.58 milyon manata qədər artmışdır.

Səhmdar cəmiyyətin cəmi aktivlərinin həcmi 1 yanvar 2020-ci il tarixinə 187.85 milyon manat olub. Bu da illik müqayisədə 3.5% artım deməkdir. Cəmi öhdəliklərinin həcmi isə son bir il ərzində ikiqat artmaqla 48.97 milyon manata qədər yüksəlib. Bunun da 41.21 milyon manatı uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər olmuşdur.

Qurumun cəmi kapitalı isə 138.88 milyon manat olmuşdur.

Son xəbərlər
Digər xəbərlər