26 C
Baku
Saturday, July 27, 2024

“Azərkontrakt” 84 milyon manat mənfəət açıqladı

“Azərkontrakt” ASC-nin 31 dekabr 2021-ci il tarixində başa çatmış il üzrə Xüsusi Məqsədli Maliyyə Hesabatları və Müstəqil Auditorların Rəyi açıqlanıb.

Banker.az xəbər verir ki, “Azərkontrakt” il üzrə 83 milyon 496 min manat mənfəət əldə edib.

Şirkətin mənfəət vergisindən əvvəlki mənfəəti isə 104 milyon 370 min manat olmuş, Dövlət Büdcəsinə 20 milyon  874 min manat məbləğində mənfəət vergisinin ödənişini həyata keçirmişdir.

2021-ci hesabat ilində təbii qazın satışından əldə edilən gəlir 1 milyard 200 milyon manat, təbii qazın nəqlindən əldə edilən gəlir 25 milyon 623 min manat təşkil edib.

Təbii qazın maya dəyəri 1 milyard 26 milyon manat, nəql xərcləri 59 milyon 393 min manat, təbii qazın yeraltı qaz anbarına vurulma xərcləri 15 milyon 416 min manat, yeraltı qaz anbarı ilə bağlı itkilər 5 milyon 558 min manat, təbii qazın yeraltı qaz anbarından götürülmə xərcləri 4 milyon 24 min manat, magistral xətlər üzrə itkilər 3 milyon 608 min manat, tranzit haqları 3 milyon 116 min manat, texnoloji sərfiyyat 3 milyon 77 min manat olub.

31 dekabr 2021-ci il tarixinə “Azərkontrakt”ın cəmi aktivləri 358 milyon 378 min manat, cəmi öhdəlikləri 274 milyon 873 min manat, cəmi kapitalı isə 83 milyon 505 min manat təşkil edib.

Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası  “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında” 2020-ci il 28 dekabr tarixli  513 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasında daxili bazarda təbii qazın 2021-ci il 1 yanvar tarixindən etibarən qaz istehsalçılarından satın alınmasını, onun nəqlini, ölkədaxili paylayıcılara və istehlakçılara satışını həyata keçirir.

Son xəbərlər
Digər xəbərlər