“Azərkosmos” 5 milyon manat zərər açıqladı

“Azərkosmos” ASC 2020-ci ili 5 milyon manat zərərlə başa vurub. 2019-cu ili isə “Azərkosmos” 3 milyon 618 min manat mənfəətlə tamamlamışdır.

Banker.az bu barədə “Azərkosmos”un maliyyə hesabatına istinadən xəbər verir.

2020-ci ildə “Azərkosmos”un gəlirləri 54 milyon 339 min manat, xidmətlərin maya dəyəri 45 milyon 292 min manat, ümumi və inzibati xərcləri 9 milyon 745 min manat, ticarət debitor borcları üzrə xalis dəyərsizləşmə zərərinin qaytarılması 28 min manat, maliyyə xərcləri 20 milyon 579 min manat, maliyyə gəlirləri 10 milyon 269 min manat təşkil edib.

31 dekabr 2020-ci il tarixinə “Azərkosmos”un cəmi aktivləri 592 milyon 482 min manat olub ki, bu da 2019-cu ilin eyni dövrünə nisbətən 6% azalma deməkdir.

“Azərkosmos”a ötən il maya qoyulsa da yığılmış səbəbindən kapital çatışmamazlığı var. Nizamnamə kapitalı artsa da cəmi kapital mənfidədir. Şirkətin öhdəlikləri 663 milyon 773 min manatdan 604 milyon 680 min manata, kapitalı isə 35 milyon 184 min manatdan 12 milyon 198 min manata düşüb.

“Azərkosmos”un nizamnamə kapitalı isə 63 milyon 611 min manatdan 169 milyon 306 min manata çatıb.

Qeyd edək ki, “Azərkosmos”un 2020-ci ilin yekunları üzrə dərc olunmuş maliyyə hesabatları  “PricewaterhouseCoopers” (PwC) audit şirkətinin Azərbaycan nümayəndəliyi tərəfindən müstəqil auditor rəyi almışdır.

 

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.