“Azərkosmos” ASC Misir, Afrika, Yaxın Şərq, Mərkəzi Asiya və Avropa regionunda aparıcı peyk xidmətləri təklif edən “DCS Telecom” və “Don Telecom” şirkətləri ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
ASC-dən verilən məlumata görə, müqaviləyə əsasən, hər iki şirkət “Azerspace-1” peykinin resurslarından istifadə edərək Afrika, eləcə də Yaxın Şərq regionunda etibarlı rabitə – internet, şəbəkə, səs, video, mobil, inteqrasiya olunmuş mürəkkəb informasiya sistemlərinin tətbiqini, xüsusi həlləri və digər data xidmətlərini təqdim edəcək.
APA